"Yuventus" Vlahoviçlə bağlı qərarını verdi

"Yuventus" Vlahoviçlə bağlı qərarını verdi

Serbiyalı hücumçu Duşan Vlahoviç "Yuventus"la müqaviləsinin müddətini uzadacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, “qoca sinyora” rəhbərliyi 23 yaşlı bombardiri ilə yeni müqavilə bağlamağı planlaşdırır. Duşanınla İtaliya nəhəngi arasında hazırki müqavilə 2026-cı ilin ortalarına kimi hesablanıb.

Hücumçu bu mövsüm üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Üç turdan sonra "Yuventus" A Seriyasının turnir cədvəlində üçüncü yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər