"Yuventus" ulduzunu itirdi - SON DURUM

"Yuventus" ulduzunu itirdi - SON DURUM
İtaliya A seriyasının 17-ci turunda "Sassuolo" ilə  matçda (3:1) zədələnən "Yuventus"un futbolçusu Paulo Dibalanın son durumuna aydınlıq gəlib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı oyunçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.
Bu isə o deməkdir ki, Dibala ölkə çempionatında "Milan" və İtaliya Superkubokunun finalında "Napoli" ilə görüşləri buraxacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər