"Yuventus" yarımmüdafiəçisi Aaron Remsi ilə vidalaşmağa hazırlaşır.
Fanat.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, klub rəhbərliyi ardıcıl zədələr üzündən nadir hallarda meydanda görünən uelsli futbolçunun müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyir.
Mövsümlük 10 milyon avro maaş alan Remsini yola salmaq üçün müxtəlif variantlar götür-qoy edilir. Oyunçu özü isə anlaşmasını yalnız müəyyən məbləğ qarşılığında ikitərəfli qaydada pozmağa razıdır. Tərəflər ortaq məxrəcə gəlsələr, Aaaron "qoca sinyora"nı gələn ilin yanvarında tərk edəcək.
Qeyd edək ki, Remsinin "Yuventus"la olan müqaviləsinin müddəti 2023-cü ilin 30 iyun tarixinə qədərdir.
Nihat