"Yuventus"un "Barselona"nın yarımmüdafiəçisi Arturu heyətinə qatacağı, əvəzində Miralem Pyaniçi qarşı tərəfə göndərəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratiçi "Barsa" ilə danışıqlar apardıqlarını təsdiqləyib:
"Pyaniç - Artur "barter"i ilə bağlı gəzən söz-söhbətlərə gəlincə, biz həmişə bir-birimizlə danışırıq. Digər böyük klublar da istisna deyil. Ümumiyyətlə, futbolun gələcəyi ilə bağlı da müzakirələrimiz olur. Hazırda "Barselona" ilə danışıqlarımızın davam etdiyini təsdiqləyə bilərəm".
Fanat.Az