İtaliya çempionu "Yuventus” iki aparıcı futbolçusu ilə yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, turinlilər Andrea Barzalyi və Corco Kyellinini heyətdə saxlamağa qərar verib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, "Yuventus"un uğurlarında böyük pay sahibi olan 37 yaşlı Bardzalyi ilə 2019-cu, 33 yaşlı Kyellini ilə 2020-ci ilə qədər yeni müqavilə imzalanıb.
Kyellini 2005-ci, Bardzalyi isə 2011-ci ildən "Yuventus”un şərəfini qoruyur.
Fanat.Az