"Yuventus" bu gün istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarriyə təzminat ödəyəcək.
Fanat.Az "Football İtalia"ya istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin müddəti 2022-ci ilin yayında başa çatmalı olan müqaviləsi vaxtından əvvəl ləğv olunduğu üçün o, vergilər də daxil olmaqla, 20.3 milyon avro alacaq.
Qeyd edək ki, "Yuventus" səfərdə 0:1 hesabıyla yenildiyi "Lion"un öz meydanında 2:1 hesabıyla məğlub etsə də, Çempionlar Liqasında mübarizəni dayandırıb.
Fanat.Az