"Yuventus" Sarri ilə yolları ayıracaq? - AÇIQLAMA

"Yuventus" Sarri ilə yolları ayıracaq? - AÇIQLAMA
Yeni mövsüm ərəfəsində Maurisio Poçettinonun "Yuventus"un baş məşqçi postunda Mauritsio Sarrini əvəzləyəcəyinə dair məlumat yayılmışdı.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratiçi söz-söhbətlərə son qoyub. O, Sarrinin növbəti mövsüm də işinin başında olacağını bildirib:
"Sarrinin komandadan ayrılışı? Bunlar mətbuatda yayılan söz-söhbətlərdi. 10 ildi buradayam. Demək olar ki, 9 il turnir cədvəlinin zirvəsində olmuşuq. Alleqri ilə 5 dəfə çempion olmuşduq. Bununla belə, hər bərabərlikdən, hətta bəzən qələbələrdən sonra da bənzər şayiələr yayılırdı. Sarri növbəti mövsümdə də "Yuventus"un baş məşqçisi olacaq. Bundan şübhəniz olmasın".
34 turdan sonra "Yuventus" A Seriyasının lideridi. Çempionlar Liqasında isə "qoca sinyora" avqustda 1/4 finala vəsiqə uğrunda "Lion"la cavab matçına çıxacaq. İlk qarşılaşmada "fransızlar"ın 1:0 hesablı qələbəsi qeydə alınıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər