"Yuventus" "Real Madrid"in hücumameyilli yarımmüdafiəçisi Eden Hazarla maraqlanır.
Fanat.Az "Mundo Derportivo"ya istinadən xəbər verir ki, belçikalı futbolçunu icarəyə götürmək istəyir.
Mənbə Turin təmsilçisinin Hazarı "Mançester Yunayted"ə qayıtdığı rəsmən təsdiqlənən Kriştianu Ronaldunun əvəzləyicisi qismində heyətə qatmağa hazırlaşdığını vurğulayıb.
Xatırladaq ki, Eden "Real"a 2019-cu ildə "Çelsi"dən 115 milyon avro qarşılığında transfer olunsa da, paytaxt təmsilçisində arzulanan oyunla diqqət çəkə bilməyib.
Nihat