"Yuventus” bu qış superulduzu Kriştianu Ronaldunu PSJ-nin braziliyalı hücumçusu Neymarla dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb” yayıb.
Hər iki futbolçunun müqaviləsinin müddəti 2022-ci ildə başa çatır. Mənbənin verdiyi məlumata görə, Turin klubunun əsas hədəfi argentinalı hücumçu Paulo Dibala ilə müqavilə yeniləməkdir. 35 yaşlı Ronalduya gəlincə, onun maaşı ildə 31 milyon avro olduğundan İtaliya təmsilçisi ulduz forvardla vidalaşmaq niyyətindədir.
"Yuventus” hələ yarımmüdafiəçilər Deyan Kuluşevski və Federiko Kyezanın transfer pullarını da ödəməyib.
PSJ-nin idman direktoru Leonardo klubun mətbuat xidməti ilə söhbətində Ronaldunun heyətə qatılacağını istisna etməyib və portuqaliyalı futbolçunun Turindən getmək istədiyini qeyd edib.
Fanat.Az