"Yuventus" Ronaldunu hansı qiymətə satır? - MƏBLƏĞ

"Yuventus" Ronaldunu hansı qiymətə satır? - MƏBLƏĞ

"Yuventus"un Kriştianu Ronaldunu satmaq istədiyi məbləğ açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı insayder Canluka Di Martsio yayıb.

Mənbə Turin təmsilçisinin müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək 36 yaşlı superulduzu 25-30 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.

Di Martsio Ronaldunu heyətə qatmağı planlaşdırdığı deyilən "Mançester Siti"nin bu məbləği ödəmək istəmədiyini də bildirib. 

Daha öncə İtaliya A Seriyasının 1-ci turunda - "Udineze" ilə səfər matçında (2:2) start "11-lik"də yer almayan Kriştianunun karyerasını başqa klubda davam etdirməyi arzuladığı barədə müxtəlif informasiyalar yayılmışdı. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər