"Yuventus" Kriştianu Ronaldu ilə yeni müqavilə imzalamayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Mənbə Turin təmsilçisinin superulduzun tələb etdiyi yüksək əməkhaqqıya görə geri çəkildiyini vurğulayıb. Hazırda ildə 31 milyon avro qazanan futbolçunun bu məbləğin 20 milyon avroya endirilməsinə razılaşmadığı bildirilib.
Daha öncə "Yuve" rəhbərliyinin Ronaldunun müddəti 2022-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləyəcəyi, forvardı daha bir mövsüm komandada saxlayacağı barədə iddialar yayılmışdı.
Nihat