Italiyanın "Yuventus" klubu Kriştianu Ronaldunu satmaqdan vaz keçib.
Fanat.Az xəbər verir ki, bu barədə Goal.com-a Turin təmsilçisinin idman direktoru Fabio Paratiççi məlumat verib.
Klub rəsmisi ulduz futbolçunun "Yuventus"un uzunmüddətli planlarına daxil olduğunu qeyd edib.
Qeyd edək ki, daha öncə Ronaldunun özünə yeni klub tapdığı təqdirdə, "Yuventus"un ona mane olmayacağı bildirilirdi.
Fanat.Az