"Yuventus" Ronaldonun transferinə xərclədiyi məbləği açıqladı

"Yuventus" Ronaldonun transferinə xərclədiyi məbləği açıqladı
"Yuventus” Kriştiano Ronaldonun keçidinin detallarını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı ulduzun transferi Turin klubuna 112 milyon avroya başa gəlib. 
Bu məbləğin 100 milyonu "Real”a çatacaq. 5 milyon avro futbolçunun 12 yaşından 23 yaşına kimi çıxış etdiyi klublar arasında bölüşdürüləcək. Yerdə qalan 7 milyon isə digər əməliyyatlara xərclənəcək.
"Yuventus”la 4 illik müqavilə bağlayan 33 yaşlı forvardın illik qazancı isə 31 milyon avro olacaq.
Qeyd edək ki, 2009-cu ildən "Real”da çıxış edən Ronaldo "kral klubu”nda keçirdiyi 438 oyunda 451 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər