"Yuventus" "Real"ın daha bir ulduzunu aparır

"Yuventus" "Real"ın daha bir ulduzunu aparır
Bu yay Kriştiano Ronaldonu transfer edən "Yuventus" "Real"ın daha bir ulduzunu heyətinə qatmağa hazırlaşır.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, braziliyalı ulduz klub rəhbərliyinə "Yuventus"a keçmək istədiyini bildirib.
Ronaldo ilə yaxın dost olan Marselona yenidən onunla birlikdə oynamaq istəyir və bu üzdən "Yuventus"a keçmək niyyətindədi. Turin klubu isə onun heyətinə qatmaqla Çempionlar Liqasını qazanmaq yolunda heyətini daha da gücləndirmək niyyətindədi.
Qeyd edək ki, Marselo "Real"a 2007-ci ildə "Fluminense"dən 6,5 milyon avroya tranfser olunub. Hazırda "Transfermarkt" 30 yaşlı sol cinah müdafiəçisinə 60 milyon avro qiymət qoyub. Futbolçu cari mövsümdə keçirdiyi 8 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər