"Yuventus" "Qızıl buts"un sahibini transfer edir

"Yuventus" "Qızıl buts"un sahibini transfer edir
"Yuventus" "Braqa"nın gənc forvardı Françisko Trinkaonu heyətinə qatmaq istəyir.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, Turin klubu 18 yaşlı futbolçunu menecerini Turinə dəvət edərək danışıqlara başlayıb.
Portuqaliyalı hücumçunun müqaviləsində 15 milyon avroluq səbərst qalma maddəsi var. "Braqa" onu bu məbləğdən aşağı göndərmək niyyətində deyil. Məlumata görə, "Yuventus" 15 milyon avronu ödəyərək onu heyətinə qatacaq.
Qeyd edən ki, hər iki cinahda oynayan Trinkao yayda keçirilən U-19-lar arasında Avropa çempionatında komanda yoldaşı Joao Filipe ilə birlikdə 5 qol vuraraq bombardir olub və turnirin "Qızıl buts" mükafatına sahib çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər