“Yuventus” qələbə qazandı, Alleqri adını tarixə yazdırdı

“Yuventus” qələbə qazandı, Alleqri adını tarixə yazdırdı

İtaliya çempionatının 10-cu turunun matçında “Yuventus” doğma meydanda “Verona”nı 1:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, bu qələbə Massimiliano Alleqrini “qoca sinyora”nın tarixində bütün yarışlarda 100 ev matçında qol buraxmadan qalib gələn ikinci məşqçi edib.

Bunu bacaran birinci məşqçi 1976-1986 və 1991-1994-cü illərdə “Yuventus”a rəhbərlik etmiş Covanni Trapattonidir. Onun cəmi 150 belə matçı var.

10-cu tur matçındakı qələbə “Yuventus”a İtaliya A Seriyasının turnir cədvəlində birinci yeri tutmağa imkan verib. Alleqrinin komandası 23 xal toplayıb. “Verona” isə 8 xalla 16-cı yerdədir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər