"Yuventus" Poqbaya görə Dibaladan imtina etməyə hazırdı

"Yuventus" Poqbaya görə Dibaladan imtina etməyə hazırdı
"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın xidmətində maraqlıdı.
Fanat.Az xəbər verir ki, Turin klubunun idman direktoru Fabio Paratiçi Poqbanın agenti Mino Rayola ilə danışıqlar aparır. Jurnalist Nikolo Skiranın xəbərinə görə, "Yuventus" fransız futbolçunun qarşılığında 60-70 milyon avro ödəməklə yanaşı, Paulo Dibalanı da "Mançester Yunayted"ə göndərməyə hazırdı.
"Qırmızı şeytanlar" mümkün transferi 150 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, Pol Poqba 2012-2016-cı illər aralığında "Yuventus"da çıxış edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər