"Napoli"nin hücumçusu Arkadiuş Milik karyerasını "Yuventus"da davam etdirməyə yaxındı.
Fanat.Az jurnalist Canluka Di Martsionun saytına istinadən xəbər verir ki, "Yuventus" Miliklə müqavilənin şəxsi detallarını razılaşdırıb.
Hazırda "Napoli" ilə danışıqlar davam edir. Neapol klubu 26 yaşlı futbolçu qarşılığında "Yuventus"dan Federiko Bernardeskini tələb edir. Bernardeski ilə yanaşı, Luka Pelleqrini və Kristian Romeronun Miliklə dəyişdirilməsi də ehtimal daxilindədi.
Cari mövsümdə A Seriyasında 25 matçda meydana çıxan polşalı forvardın aktivində 11 qol var.
Fanat.Az