"Barselona"nın hücumçusu Memfis Depayla razılığa gələ bilməyən "Yuventus" diqqətini başqa forvarda yönəldib.
Fanat.Az xəbər verir ki, Turin klubu "Olimpik Marsel"in və Polşa millisinin futbolçusu Arkadiuş Miliki heyətinə qatmağa yaxındır.
İnformasiyanı şəxsi saytı vasitəsi ilə tanınmış insayder Canluka Di Martsio yayıb.
Xəbərə görə, 28 yaşlı Miliki icarəyə götürməyi planlaşdıran İtaliya təmsilçisi sonradan 8 milyon avro ödəyərək onun transfer hüquqlarına da yiyiələnmək niyyətindədir. Mənbə tərəflərin artıq razılığa gəldiyini və keçidin bugünlərdə reallaşacağını açıqlayıb.
Qeyd edək ki, bu mövsüm Liqa 1-də 2 oyuna çıxan Milik məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Olimpik Marsel"lə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
Nihat