“Yuventus” paytaxtdan xalsız qayıtdı

“Yuventus” paytaxtdan xalsız qayıtdı

İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

“Udineze” - “Montsa” və “Fiorentina” - “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Atalanta” evdə “Bolonya”ya, “Sampdoriya” “Kremoneze”yə uduzub. “Verona” isə “Sassuolo”nu məğlub yola salıb. “Yuventus” səfərdə “Latsio”ya uduzub. Turinin digər klubu “Torino” da evdə paytaxtın digər təmsilçisi “Roma”ya uduzub.

Hazırda 74 xala malik “Napoli” vahid liderdir. “Latsio” 38 xalla 2-ci, “Roma” 53 xalla 3-cüdür. “Milan”ın 52, “İnter”in 51, “Atalanta”nın 48 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 44 xalla 7-cidir.

İtaliya A Seriyası 29-cu tur 7 aprel

Salernitana – İnter 1:1 Qol: Kandreva, 90 – Qosens, 6.

Leççe – Napoli 1:2 Qol: Di Françeskoo, 52 – Di Lorentso, 18. Qallo, 64-öz qapısına.

Milan – Empoli 0:0

8 aprel

Udineze – Montsa 2:2 Qol: Lovriç, 18. Beto,  90+2-pen – Kolpani, 48. Rovella, 56.

Fiorentina – Spetsiya 1:1 Qol: Vişnyevski, 25-öz qapısına – Nzola, 32.

Atalanta – Bolonya 0:2 Qol: Sansone, 49. Orsolini, 86.

Sampdoriya – Kremoneze 2:3 Qol: Leris, 15. Lammers, 66 – Gilyone, 35. Loçoşvili, 85. Sernikola, 90+5.

Torino – Roma 0:1 Qol: Dibala, 8-pen.

Verona – Sassuolo 2:1 Qol: Çekkerini, 84. Qaiç, 90+5 – Harrui, 34.

Latsio – Yuventus 2:1 Qol: Milinkoviç-Saviç, 38. Zakkayni, 53 – Rabyo, 42.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər