"Yuventus" MY-nin narazı gəncini istəyir

"Yuventus" MY-nin narazı gəncini istəyir

"Yuventus” "Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etmək istəyir.

 

 

Fanat.Az "Tayms”a (The Times) istinadən xəbər verir ki, İngiltərə millisinin 21 yaşlı hücumçusunun sərgilədiyi oyun Turin komandasının məşqçilər korpusunun diqqətini çəkib.

 

 

İtaliya klubu hələ MY-yə rəsmi təklif göndərməsə də, bunun yaxın gələcəkdə baş verəcəyi proqnozlaşdırılır.

 

 

"Qırmızı şeytanlar”ın sıralarında 4-cü mövsümü keçirən Markus bu müddətdə 136 oyuna çıxaraq 34 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubuyla olan müqaviləsinin müddəti isə 2020-ci ildə başa çatır. 

 

Qeyd edək ki, daha öncə İngiltərə mətbuatında yayılan xəbərlərdə gənc forvardın Mançester təmsilçisində qalmaq istəmədiyi, daha çox oynamaq üçün başqa kluba üz tutmaq arzusunda olduğu vurğulanmışdı. 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər