"Yuventus" millimizin forvardının oğlunu 20 milyona alacaq

"Yuventus" millimizin forvardının oğlunu 20 milyona alacaq
"Yuventus" "Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Il Messaggero" yayıb.
Turin klubu cari mövsümün yekunlarına əsasən Çempionlar Liqasına vəsiqə qazanacağı halda, Gürcüstan millisinin gənc üzvünü heyətinə qatacaq. "Qoca sinyora" Xviçaya görə qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.
Daha öncə digər məşhur İtaliya klubunun - "Milan"ın 20 yaşlı gürcünü rənglərinə bağlamağı hədəflədiyi barədə informasiya yayılmışdı.
Qeyd edək ki, Xviça Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər