"Yuventus" "Sassuolo" ilə yarımmüdafiəçi Manuel Lokatellinin keçidini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi saytında italiyalı insayder Canluki Di Martsio yayıb.
Mənbə Turin təmsilçisinin Lokatellini sonradan 35 milyon avro qarşılığında transfer hüquqlarına yiyələnmək şərtiylə, 2 illik icarəyə götürəcəyini açıqlayıb.
Qeyd edək ki, Lokatelli İtaliya millisi ilə Avro-2020-nin qalibi olub.
Nihat