"Yuventus" hücumçusu Arkadiuş Milik ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, "qoca sinyora" 29 yaşlı polşalı forvardın müqaviləsindəki birdəfəlik satınalma bəndini aktivləşdirməyəcək.
Beləliklə, Milik sözləşmə ilə məxsus olduğu "Marsel"ə geri dönəcək.
Qeyd edək ki, Arkadiuş "Yuventus"un heyətində bir mövsüm keçirib. Fransa klubu futbolçunu 7 milyon avroya buraxmağa hazırdır. Lakin italyanlar bu fürsətdən faydalanmaq istəməyiblər.
Xatırladaq ki, Polşa millisinin üzvü "Yuventus"da 14 oyun keçirib və 5 qola imza atıb.
Röya