"Yuventus" "Sassuolo"nun yarımmüdafiəçisi Manuel Lokatellidən əl çəkmək istəmir.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri bu həftə "Sassuolo" rəsmiləri ilə danışıq aparacaq.
Müzakirələr 7-9 iyul aralığını əhatə edəcək.
Daha öncə "qoca sinyora"nın Lokatelliyə görə qarşı tərəfə 30 milyon avro və iki futbolçusunu - rumıniyalı müdafiəçi Radu Drequşenlə italiyalı hücumçu Marko da Krakanı təklif edəcəyi ilə bağlı informasiya yayılmışdı. Həmçinin Manuelin "Sassuolo" ilə hər mövsüm üçün 3 milyon avro əməkhaqqı qarşılığında 4,5 illik sözləşmə razılaşdırdığı bildirilmişdi.
Lokatelli geridə qalan mövsümdə A Seriyasında 34 oyuna çıxıb. Bu matçlarda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu 11 sarı vərəqə alıb.
Atilla