"Yuventus" Lokatelli ilə bağlı yekun qərarını verdi

"Yuventus" Lokatelli ilə bağlı yekun qərarını verdi

"Yuventus" rəhbərliyi komandanın yarımmüdafiəçisi Manuel Lokatelli ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Turin təmsilçisi Lokatelli ilə müqavilə yeniləməyə hazırlaşır. Mənbə yeni anlaşmanın müddətinin 2027-ci ilə qədər nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Hazırda tərəflərin danışıq apardığı vurğulanıb.

Qeyd edək ki, 25 yaşlı oyunçu 2021-ci ildən "Yuventus"un formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər