"Yuventus" İngiltərədən səs-küylü transfer edə bilər.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, Turin təmsilçisi "Liverpul"un hücumçusu Roberto Firminoya elçi düşüb.
Xəbərə görə, "qırmızılar"ın baş məşqçisi Yürgen Klopp gələn mövsüm hücum xəttində Məhəmməd Salah - Darvin Nunyes - Luis Dias triosuna güvənəcək və bu məqam Firminonun "qoca sinyora"nın sıralarına qoşulmaq ehtimalını artırır. Digər tərəfdən, oyun praktikasından əziyyət çəkdiyi üçün son vaxtlar Braziliya yığmasına çağırılmayan futbolçunun DÇ-2022 ərəfəsində klubunu dəyişməkdə maraqlı olduğu da vurğulanıb.
"Yuventus"un cənubi amerikalı forvard üçün "Liverpul"a 25 milyon avroluq rəsmi təklif hazırladığı bildirilib.
Nihat