Fransanın "Nitsa" klubunun yarımmüdafiəçisi Kefren Türam İtaliya "Yuventus"unun maraq dairəsindədir. Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Turin klubu 21 yaşlı futbolçunun oyununu izləmək üçün skautlar göndərib. Kefren futbolçu karyerası ərzində "Yuventus"da çıxış etmiş məşhur fransız müdafiəçi Lilian Türamın oğludur. Oğul-Türam 2019-cu ildən "Nitsa"da oynayır, komandaya azad agent kimi qoşulub. O, “Monako” və “Barselona”nın gənclərdən ibarət komandalarında çıxış edib. Türam bu mövsüm Liqa 1-də 29 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Fransa komandası ilə müqaviləsi 2025-ci ildə başa çatır. Onun bazar dəyəri "Transfermarkt" tərəfindən 14 milyon avro olaraq qiymətləndirilir.
"Yuventus" Lilian Türamın oğlunu istəyir
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:51
13.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
23:11
13.10.2026
Nainqqolan: “İndoneziyanı seçmədiyim üçün peşmanam”
Dünya futbolu
22:12
13.10.2026
"Çelsi" Frenki de Yonq üçün hərəkətə keçdi
Dünya futbolu
19:49
13.10.2026
Premyer Liqa nəhəngləri Kofanenin transferini izləyir
Dünya futbolu
19:14
13.10.2026
“Liverpul” sağ cinah müdafiəçisi axtarır