"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

"Yuventus" rəhbərliyi cari mövsüm başa çatdıqdan sonra Massimiliano Alleqrini baş məşqçi postundan qovacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

İddiaya görə, bu, mütəxəssisin müqaviləsinin 2025-ci ilin iyun ayına qədər olmasına baxmayaraq baş verəcək. Səbəb Alleqrinin maaşının yüksək olmasıdır. Belə ki, italiyalı mütəxəssis ildə 7 milyon avro və daha 2 milyon bonus qazanır.

Çərşənbə günü "Yuventus" finalda "Atalanta"nı 1:0 hesabı ilə məğlub edərək İtaliya Kubokunun qalibi olub. A Seriyasında isə turinlilər 36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər