"Yuventus" Jorjinyoya görə futbolçusundan imtina etməyə hazırdı

"Yuventus" Jorjinyoya görə futbolçusundan imtina etməyə hazırdı
"Yuventus" bu yay "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonu heyətinə qatmaq niyyətindədi.
Fanat.Az "Tuttomercato"ya istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb. "Yuventus" Jorjinyo qarşılığında Aaron Remzini "Çelsi"yə təklif edib.
Xüsusilə də baş məşqçi Mauritsio Sarri 28 yaşlı futbolçunun xidmətində maraqlıdı. Onlar daha öncə "Napoli" və "Çelsi"də birlikdə işləyiblər.
Cari mövsümdə 43 matçda meydana çıxan Jorjinyonun aktivində 7 qol, 2 məhsuldar ötürmə var. Remzinin göstəciləri isə belədi: 33 oyun, 4 qol, 1 asist.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər