"Yuventus" gənc qapıçıya ildə 10 milyon verməyə hazırdır

"Yuventus" gənc qapıçıya ildə 10 milyon verməyə hazırdır
"Yuventus" "Milan"ın qapıçısı Canluici Donarummaya ildə 10 milyon avro əməkhaqqı verməyə hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbə turinlilərin indiki klubuyla maaş məsələsində razılığa gəlməyən Donarummaya şərtləri çatdırdığını da vurğulayıb. Yazılanlara inansaq, Canluicinin agenti təklifə isti yanaşır.
"Transfermarkt" portalı 2015-ci ildən Milan təmsilçisində olan gənc qapıçının transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər