"Yuventus" futbolçusunu icarəyə verdi

"Yuventus" futbolçusunu icarəyə verdi

"Yuventus"un yarımmüdafiçisi Ueston Makkenni "Lids"ə keçib. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

24 yaşlı amerikalı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Lids"də çıxış edəcək. Bu keçid "Qoca sinyora"ya 1,2 milyon avro qazandırıb. 

Qeyd edək ki, Makkenni 2020-ci ildən "Yuventus"da çıxış edir. 93 matçda iştirak edən futbolçu 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər