"Yuventus" Ferqyusonu istəyir

"Yuventus" Ferqyusonu istəyir

"Tuttosport" "Yuventus"la bağlı yeni xəbər yayıb.

Fanat.Az-ın məlumatına görə, mənbə Turin klubunun "Bolonya"nın və Şotlandiya millisinin yarımmüdafiəçisi Luis Ferqyusonu transfer etmək istədiyini açıqlayıb. 

"Qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqrinin Luisin A Seriyası təcrübəsinə güvəndiyi və onun komandaya faydalı olacağına inandığı bildirilib. 

Ferqyuson 2022-ci ildən "Bolonya"nın uğurları üçün çalışır. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 14 matça çıxan şotland 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı-göylər"lə olan müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Ferqyusonun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər