"Yuventus" Dibalanı razı saldı

"Yuventus" Dibalanı razı saldı

"Yuventus"un hücumçusu Paulo Dibala klubu ilə yeni sözləşmə üçün anlaşıb. 

Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikolo Skira yayıb. 

Xəbərə görə, italyan futbolçu ilə müddəti 2025-ci ilə qədər olan müqavilə imzalanacaq. 

İmzaların sabah atılacağı bildirilir. 

Qeyd edək ki, argentinalı forvard 2015-ci ildən "Yuventus"da çıxış edir. Onu carı müqaviləsinin müddəti 2022-ci ildə başa çatır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər