"Yuventus" daha bir ulduz futbolçu transfer edir - 10 milyonluq maaş

"Yuventus" daha bir ulduz futbolçu transfer edir - 10 milyonluq maaş
"Yuventus" heyətinə daha bir ulduz futbolçu qatır.
Fanat.Az İtaliya mediasına istinadən xəbər verir ki, Turin klubu "Barselona"dan ayrılacağı deyilən Luis Suaresi transfer edir.
İddiaya görə, "Yuventus" uruqvaylı futbolçunun illik 10 milyon avroluq maaş təklifini qəbul edib. 
Qeyd edək ki, Suares 2014-cü ildə "Liverpul"dan "Barselona" 81,72 milyon avroya transfer olunub. Futbolçu ötən mövsüm keçirdiyi 36 rəsmi oyunda 21 qol vurub və 12 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər