"Yuventus çempionluq uğrunda mübarizədən kənardadır" - Fabio Kapello

"Yuventus çempionluq uğrunda mübarizədən kənardadır" - Fabio Kapello

İtaliyalı çalışdırıcı Fabio kapello A Seriyasındakı çempionluq mübarizəsindən danışıb.

Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" tanınmış mütəxəssisin söylədiklərini belə çatdırıb:

"Məncə, "Yuventus" artıq çempionluq uğrunda mübarizədən kənarda qalıb. Zirvədən çox uzaq düşüblər. Qarşıda isə çətin oyunları var. Düzdür, turinlilər mücadilə etdilər. Amma yalnız istəklə iş bitmir. Bu gün Neapol, Milan və Roma səfərlərindən xalla dönmək çətin məsələdir. 

Açığı, "Neapol"un turnir cədvəlinin ilk pilləsində yer alacağını gözləyirdim. Bunu mövsümün əvvəlində də demişdim. İndi çempion olacaqlarını proqnozlaşdırmaq da olar. Qattuzoya afərin! Əla işlər görüb. Spalletti isə komandaya yeni nəfəs gətirib".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər