"Yuventus" bu gün çempionluğunu rəsmiləşdirə bilər

"Yuventus" bu gün çempionluğunu rəsmiləşdirə bilər
İtaliya A Seriyasının 35-ci turunda "Yuventus" "Udineze"nin qonağı olacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
"Yuve" hazırda 34 oyundan sonra 80 xalla turnir cədvəlinin lideridi və ən yaxın izləyicisi, 35 matç keçirmiş "Atalanta"nı 6 xal qabaqlayır. Mauritsio Sarrinin yetirmələri "Udineze"ni məğlub edəcəyi təqdirdə, çempionluğunu rəsmiləşdirəcək.
Bu, Turin klubunun İtaliyada ardıcıl 9-cu, toplam isə 36-cı çempionluğu ola bilər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər