"Yuventus" baş məşqçisi ilə bağlı qərar verdi

"Yuventus" baş məşqçisi ilə bağlı qərar verdi
"Yuventus" rəhbərliyi baş məşqçisi Massimiliano Alleqri ilə bağlı qərar verib.
Fanat.Az "Sport Mediaset"ə istinadən xəbər verir ki, mütəxəssis mövsümün sonunda Turin klubunu tərk edəcək. Bu barədə klub prezidenti Andrea Anelli ilə transfer kampaniyasının müzakirəsi zamanı qərar verilib.
Massimiliano Alleqrinin PSJ-yə keçməyi planlaşdırdığı deyilir. Onu "Yuventus"da komandann sabiq baş məşqçisi Antonio Konte əvəzləyə bilər.
Qeyd edək ki, Alleqri 2014-cü ildən "Yuventus"a başçılıq edir. Komanda onun rəhbərliyi altında ardıcıl 5 mövsümdü İtaliya A Seriyasının qalibi olub. Turin klubu ilə 4 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunu qazanan 51 yaşlı mütəxəssis 2 dəfə Çempionlar Liqasında final oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər