İtaliyanın "Yuventus" klubu yeni hücumçu transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio yayıb.
Mənbə "qoca sinyora"nın "Mançester Yunayted"in forvardı Antoni Marsyalı transfer etmək istədiyini açıqlayıb. Xəbərə görə, 26 yaşlı futbolçunun texniki hazırlığı baş məşçi Massimiliano Alleqrinin xoşuna gəlir. Hazırda Turin təmsilçisinin bosslarının gözləmə mövqeyində olduğu və yaxın vaxtlarda bu transfer üçün Mançester təmsilçisinə rəsmi təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm MY-də 8 oyun keçirərək 1 qol vuran fransalı futbolçu ardından "Sevilya"ya icarəyə verilib. Marsyal mövsümün ikinci yarısında oynadığı Əndəlüs təmsilçisində 9 matçda forma şansı qazanıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat