"Yuventus" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qoca sinyora" "Sassuolo"nun 23 yaşlı yarımmüdafiəçisi Manuel Lokatellini rənglərinə bağlayıb.
Manuel qarşıdakı iki mövsümdə icarə əsasında "Yuventus"da oynayacaq. Ardından turinlilər orta xətt oyunçusunun transfer hüquqlarına yiyələnəcək.
"Yuventus" bu transfer üçün ümumilikdə 25 milyon avro xərcləyəcək.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Lokatelli son Avropa çempionatının qalibidir.
Nihat