"Sauthempton"un argentinalı yarımmüdafiəçisi Karlos Alkaras tezliklə "Yuventus"un oyunçusu ola bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, Turin klubu ingilislərə futbolçunu 35 milyon avroya almaq şərti ilə rəsmi icarə anlaşması təklif edib. Tərəflər arasındakı danışıqların müsbət nəticələndiyi bildirilir.
Alkaraz İtaliya nəhənginə qoşulmaq üçün artıq yola çıxıb. Futbolçu bu gün tibbi müayinədən keçəcək.
Mirağa