"Yuventus" aregantinalının klubuna təklif göndərdi - SON DURUM

"Yuventus" aregantinalının klubuna təklif göndərdi - SON DURUM
Bu ay "Atalanta"dan ayrılacağı gözlənilən Alexandro Qomes "Yuventus"a keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka Di Martsio şəxsi saytında yayıb.
Martsio Turin təmsilçisinin artıq "Atalanta"ya təklif göndərdiyini və tərəflərin danışıqları davam etdirdiyini vurğulayıb. O, "Yuventus"un hücumçusu Federiko Bernardeskini bu qış satacağı halda, Qomesin transfer ehtimalının yüksələcəyini də açıqlayıb.
Xatırladaq ki, argentinalı yarımmüdafiəçi Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Mityüland"la oyunun (1:1) fasiləsində baş məşqçi Can Pyero Qasperini ilə insident yaşamışdı. Paldərdəyişmə otağında Qomesin dava saldığı barədə məlumatlar yayılmış və 32 yaşlı futbolçu matçın ikinci yarısına çıxmamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər