"Ayaks" "Yuve"yə boyun əymədi, Mançesterdə "Barsa" qazandı

"Ayaks" "Yuve"yə boyun əymədi, Mançesterdə "Barsa" qazandı
Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. 
Fanat.Az xəbər verir ki, qarşılaşmalar Hollandiya və İngiltərədə təşkil olunub.
İngiltərədəki matçda "Mançester Yunayted" "Barselona"nı qəbul edib. Oyunda yeganə qolu qapıların yerini dəyişik salan Lük Şou vurub. Rəqib meydanında top buraxmadan fərqlənən kataloniyalılar hədəfə yaxınlaşıbsa, daha öncə PSJ-yə evdə yenilməyin əvəzini necə çıxa bildiyini göstərən MY növbəti geri dönüşün planlarını cızacaq.
Hollandiyada "Ayaks" "Yuventus"la üz-üzə gəlib. Öncəki mərhələdə turnirin son qalibini - "Real"ı yarışdan kənarlaşdıran amsterdamlılar "Yuventus"a da təslim olmayıb - 1:1. 
Qeyd edək ki, dünən "Liverpul" "Portu"nu 2:0, "Tottenhem" "Mançester Siti"ni 1:0 hesabı ilə yenib.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
10 aprel
Mançester Yunayed (İngiltərə) - Barselona (İspaniya) 0:1
Qol: Lük Şou, 12 (avtoqol).
Baş hakim: Canluka Rokki (İtaliya).
Mançester. "Old Trafford" stadionu.
Ayaks (Hollandiya) - Yuventus (İtaliya) 1:1
Qollar: Neres, 46 - Kriştiano Ronaldo, 45 
Baş hakim: Karlos del Cerro Qrande (İspaniya).
Amsterdam. "Yohan Kroyf Arena".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər