"Yuventus" klubunun rəhbərliyi komandanın oyunundan narazıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere della Sera" yayıb.
Mənbənin məlumatına görə, cari mövsümün sonunda tərəflər müqaviləyə xitam vermək barədə razılığa gələcəklər.
Rəhbərlik Alleqrinin yerinə hazırda "Bolonya"nın baş məşqçisi olan Tyaqo Mottanı gətirməyi planlaşdırırlar.
Son matçda Massimiliano Alleqrinin yetirmələri "Udineze"yə 0:1 hesabı ilə məğlub olublar. 23 oyundan sonra "qoca sinyora" 53 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir. Alleqrinin komandası lider "İnter"dən 7 xal geri qalır.
Mirağa