"Yuventus" 5 futbolçusunu satmağa hazırdır - ADLAR

"Yuventus" 5 futbolçusunu satmağa hazırdır - ADLAR

"Yuventus" maaş büdcəsini azaltmaq üçün bir neçə futbolçusunu satmağa qərar verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "La Gazzetta dello Sport" yayıb.

Mənbə Turin klubunun icarədən qayıdan yarımmüdafiəçilərindən -  Arturdan, Ueston Makkennidən və Denis Zakariyadan qurtulmağı hədəflədiyini vurğulayıb. "Qoca sinyora"nın bu futbolçuların satışından ümumilikdə 50 milyon avro qazanmağı planlaşdırdığı bildirilib. Bundan başqa, turinlilərin qapıçı Voytsex Şensnı və müdafiəçi Aleks Sandronu da müəyyən məbləğ qarşılığında yola sala biləcəkləri diqqətə çatdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər