"Yuventus” Klaudio Markizio ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, italyan yarımmüdafiəçi klubla müqaviləni qarşılıqlı şəkildə razılaşaraq pozub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi. "Yuventus" Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb.
Markizio 1993-cü ildən "Yuventus"un aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə "qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə "Empoli”də icarədə olub.
Fanat.Az