"Yuventus" "Valensiya"nın 20 yaşlı yarımmüdafiəçisi Ferran Torreslə maraqlanır.
Fanat.Az xəbər verir ki, bunu "Twitter"də ESPN-in əməkdaşı Fernando Palomo yazıb. Tanınmış insayderlərdən olan Palomo Turin klubunun rəsmilərinin gənc ispanla danışıq apardıqlarını vurğulayıb.
Bu mövsüm "yarasalar"ın formasıyla ümumilikdə 40 oyuna çıxan Palomo 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt.de portalının sözügedən vingerin transfer qiymətini 45 milyon avro məbləğində dəyərləndirir.
Fanat.Az