Yayda Kriştiano Ronaldonu transfer edən "Yuventus" Paul Poqbadan əl çəkmir.
Fanat.Az xəbər verir ki, Turin klubu "Mançester Yunayted"də satdığı futbolçunu geri qaytarmaq üçün hərəkətə keçib. İtalyanların bu məqsədlə "qırmızı-şeytanlar"a 125 milyon funt-sterlinq (təxminən 138,6 milyon avro) təklif edir.
"Yuventus" Poqbanı 2016-cı ilin yayında "Mançester Yunayted"ə 105 milyon avroya satıb. Fransalı futbolçu cari mövsüm keçirdiyi 21 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Yuventus" "Mançester Yunayted"dən daha bir futbolçunu hədəfə alıb. Belə ki, Turin klubu Romelu Lukakunu da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Lukaku "Mançester Yunayted"ə ötən ilin yayında "Everton"dan 84,7 milyon avroya transfer olunub. Cari mövsüm 22 rəsmi matçda çıxan belçikalı ulduz 6 qol vurub və 2 qol ötürməsi verib.
Fanat.Az