Yuri Syomin tacik futbolçudan danışdı

Yuri Syomin tacik futbolçudan danışdı
"Maltepespor"la oyunda iki fərqli hissə izlədik. İlk yarıda tam üstünlük bizdə idi. İkinci hissədə əsasən gənclərdən ibarət heyətə üstünlük verdik". Fanat.az xəbər verir ki, bu sözləri Antalyada "Maltepespor"la (1:1) yoxlama oyunu keçirən "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis nəticənin önəmli olmadığını bildirib: "Təbii ki, belə oyunlarda hesab önəmli deyil. Önəmli olsaydı, heyəti dəyişməzdik". 
Syomin yeni transfer və baxışda olan futbolçu barədə fikir bildirib: "Heyətimizə yeni qatdığımız Rafael Santos və düşərgəmizdə baxışda olan tacikistanlı Davron Erqaşev qarşılaşmada müsbət təsir bağışladılar". 
"Qəbələ"nin baş məşqçisi təlim-məşq toplanışının gedişindən razı qalıb: "Hazırlığımız istədiyimiz kimi, plana uyğun olaraq davam edir. Yaxşı şəraitimiz, meydançalarımız var. Futbolçuların çalışqanlığından razıyam. Hələ qarşıda daha 6 sınaq oyunumuz var. Çox oyun keçirməkdə məqsədimiz bütün oyunçulara yetərincə oynamaq şansı verməkdir". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər