"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının (İPL) 32-ci turu çərçivəsində keçiriləcək matçdan - "Mançester Siti" ilə səfər qarşılaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun söylədiklərini belə çatdırıb:
"Çempionluq uğrunda mübarizəni davam etdirmək üçün qarşıdakı bütün oyunlarda qələbə qazanmalıyıq. Təbii ki, bu, çox çətin hədəfdir. "Mançester Siti" ilə görüş bizim üçün çox vacibdir. Onlardan 20 xal öndə olsaydıq, bu qarşılaşmaya müəyyən mənada fərqli yanaşa bilərdik. Ancaq "şəhərlilər"i belə fərqlə qabaqlamaq mümkün deyil. Bu rəqib qələbə qazanmadığı matçlarda belə, çox yüksək səviyyəli oyun sərgiləyib".
Qeyd edək ki, tərəflər aprelin 10-da üz-üzə gələcək. Hazırda 73 xalı olan "Mançester Siti" İPL-in turnir cədvəlində 1-ci pillədə mövqe tutubsa, liderdən 1 xal geri qalan "Liverpul" 2-ci sıradadır.
Nihat